"Qərb mələk deyil, lakin son təxribatı törədən "Yerkrapa" terror təşkilatı..." - MÜHÜM AÇIQLAMA

“Rusiyalı rəsmilər Ermənistan-Azərbaycan şərti sərhədində baş verən son insidentin Qərbin maraqlarına uyğun olduğuna işarə edirlər”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib:

 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov fevralın 14-də açıqlama verərək Qərbin Bakı ilə İrəvan arasında postmünaqişə dövründə nizamlanmaya təsir göstərməyə çalışdığını bildirib. İki gün sonra Rusiya Federal Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qərbin Cənubi Qafqazda vəziyyəti qarışdırmağa, Ermənistan-Azərbaycan həll prosesinə müdaxilə etməyə çalışdığını vurğulayıb”.

 

Politoloqun sözlərinə görə, Qərb mələk deyil, Ermənistanı yalançı vədlərlə inandırmağa çalışır:

 

“Ancaq son insidentdə Azərbaycan hərbçilərinə atəş açan “Yerkrapa” terror təşkilatının üzvləri olub. Onlar isə Birinci Qarabağ müharibəsindən bu yana Rusiyanın hərbi agenturasıyla bağlıdır”. 

 

E.Şahinoğlu sonda vurğulayıb ki, Azərbaycanın vasitəçiliyə ehtiyacı yoxdur:

 

“Azərbaycanla Ermənistan arasında Qərbin xüsusi vasitəçiliyinə ehtiyac olmadığı kimi, Rusiyanın da fəallığına ehtiyacımız yoxdur. 

 

Dövlət başçısı İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində fikrini aydın ifadə edib: “Vasitəçiyə ehtiyacımız yoxdur, gedin işinizlə məşğul olun!”. 

 

Bu sözlər həm Qərbə, həm də Rusiyaya aiddir”.

 


Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...