Bakıdakı kütləvi davaya görə ağır cəzalar verildi - İki nəfər ölmüşdü

Bakıdakı kütləvi davaya görə ağır cəzalar verildi - İki nəfər ölmüşdü

Keşlə qəsəbəsində kütləvi dava zamanı biri polis olmaqla, iki nəfəri öldürməkdə ittiham edilən Ceyhun və Ramin İsayev qardaşlarının və Rauf Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 

Hökmə əsasən, Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, Ramin İsayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.  

 

Qeyd edək ki, kütləvi dava ötən ilin fevralında Nizami rayonunun, Keşlə qəsəbəsində qeydə alınıb. Dava zamanı biri təqaüddə olan polis əməkdaşı olmaqla iki nəfər öldürülüb. Əvvəllər məhkum olunan 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimov və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib. İlkin hadisə yerində, Xəyal isə xəstəxanada ölüb.

 

C.İsayevlə R.Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) maddələri, R.İsayevə isə eyni məcəlləsinin 221.3-cü ( Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...