Qəribə səbəblərə görə törədilən dəhşətli qətllər
Adam öldürməyin cinayətdən başqa məntiqi izahı yoxdur, amma bəzilərinin “motivasiyası” həqiqətən dəhşət doğurur.
Sfera.az hansı əhval-ruhiyyədə törədildiyini anlamaqda çətinlik çəkəcəyiniz qəribə və ürküdücü qətl hekayələrini təqdim edir.
1. Çox darıxdığı üçün səsi anasının səsinə bənzəyən qadınları öldürən serial qatil: Edvard Cozef Leonski
1942-ci ilin may ayında Avstraliyanın Melburn şəhərində üç həftə ərzində üç qadın ölü tapılıb. Qadınlar boğularaq öldürülmüş, bədənləri yara və qançırlarla örtülmüş, küçələrə atılmışdılar. Paltarları ya yerlərə səpələnmişdi, ya da cırıq-cırıq idi. İstintaq əməkdaşları qurbanlardan birini sarımtıl palçıq çuxurunun yanında tapıblar. ABŞ ordusunun bazasında bir gözətçi, həmin saat, həmin yerdə geyimində sarı palçıq ləkəsi olan bir əsgər gördüyünü xatırlayır.
Bu sarışın və uzunboylu əsgərin adı Edvard Cozef Leonski idi.
Dindirilən Leonski 3 qadını öldürdüyünü etiraf edib. Qurbanlarını seçərkən onun müəyyən meyarları var idi. O, qadınları görünüşlərinə deyil, səslərinə görə seçib. Anası üçün çox darıxan Leonski səsi onunkuna oxşayan qadınlarla söhbət edib, qurbanlardan biri hətta ona mahnı oxuyub. Mahnının sonunda Leonski dəli olub və anasının onu yenidən tərk etməsi fikrinə dözə bilməyib, qadınların səslərini kəsmək üçün boğaraq öldürüb. Məhkəmədə Leonski ölüm cəzasına məhkum edilib.
2. Parçalanan bədənlərə cinsi aclıq hissi keçirən, bu məqsədlə körpüləri dağıdan manyak qatil: Szilveszter Matuska
1931-ci il sentyabrın 12-də Budapeşt-Vyana ekspressi Torqabi stansiyası yaxınlığından keçərkən körpü partlayıb və sürücü 9 vaqonla dərəyə düşüb. Hadisə nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Xəsarət alan sərnişinlərdən Szilveszter Matuska hadisədən sonra təzminat tələbi ilə məhkəməyə müraciət edərək hüquqlarını axtarıb.
Lakin araşdırmalar göstərib ki, Matuska əslində həmin qatarda olmayıb və partlayışdan bir müddət əvvəl çoxlu miqdarda dinamit alıb.
Həbs edilən Matuska dindirilmə zamanı partlayışı törədənin özü olduğunu etiraf edib. Səbəb isə “cinsi həzz” olub. Partlayış zamanı maşınlar tərəfindən parçalanan cəsədlər ona olduqca erotik görünürdü və o, əvvəllər də belə cəhdlər etmişdi. O, dindirmə zamanı da Allahın ondan həmin körpünü partlatmasını istədiyini bildirərək, “İnsanların ölməsini, qışqırtılarını bəyənirəm” deyib. Matuska 1932-ci ildə məhkum edilib. Lakin o, ya həbsxanadan qaçıb, ya da azadlığa çıxıb. 1934-cü ildə qəfil yoxa çıxan və dünyasını dəyişdiyi deyilən Matuskanın taleyi məlum deyil.
3. Əlil xəstələrin aradan qaldırılmasını düşünən psixopat qatil: Satoşi Uematsu
19 nəfərin ölümünə və 26 nəfərin yaralanmasına səbəb olan Satoşi Uematsu qocalar evində işləyirdi və yataq xəstələrinin evtanaziya edilməsini müdafiə edirdi. Təbii ki, bunun səbəbi onlara mərhəmət deyildi, əksinə, dünyanı bu insanlardan qurtarmaq lazım olduğunu düşünürdü. Bununla bağlı səlahiyyətli şəxslərə məktub yazan və bu işə məmnuniyyətlə könüllü olacağını deyən Uematsu məktubunda 260 nəfəri öldürdükdən sonra təslim olacağını da bildirib. O, məktubda əlaqə məlumatlarını da verib.
Uematsunun guya “nəcib” məqsədi var idi, əgər bu insanlara ayrılan vəsait başqa yerlərə yönəldilsə, İkinci Dünya Müharibəsinin qarşısını almaq olardı.
Onun fikrincə, Hitlerin fəlsəfəsi düzgün fəlsəfə idi və Uematsu bunu yüksək qiymətləndirdi. Dörd ay gözləyən və planını həyata keçirən psixopatik qatil qocalar evinin qadın bölməsini hədəfə alıb və 45 nəfərin boğazından bıçaqlayıb. Yaralılardan 19-u dünyasını dəyişib. Çox xoşbəxt görünən Uematsu yaxalandıqdan sonra əlillərin yoxa çıxmasının hər kəs üçün daha yaxşı olduğunu deyib. Dəhşətlidir, elə deyilmi?
Özünü bir roman personajı kimi göstərən və vəhylə qətl törətdiyini deyən serial qatil: Melvin Rees
4. Özünü bir roman personajı kimi göstərən və cinayəti vəhy yolu ilə törətdiyini deyən serialı qatil: Melvin Rees (Riz)
1950-ci illərdə Merilend və Virciniya ştatlarında bir neçə qətl hadisəsi baş verdikdən sonra bir adam polislə əlaqə saxlayıb və iddia etdi ki, onun keçmiş otaq yoldaşı qətllərə görə məsuliyyət daşıyır. Melvin Rees (Riz) qətl törətməyin "ekzistensial təcrübə" olduğunu düşünən və başqalarından üstünlüyünü sübut etmək fikrini bəyənən bir caz musiqiçisi idi.
Dostoyevskinin “Karamazov qardaşları” romanını oxuyan Ris özünü sadə həyat tərzi keçirən, hamını sevən, heç kimdən heç nə gözləməyən Alyoşa obrazı ilə müqayisə edirdi.
Romanda Rizin tezisinə bənzər bir mövzu da işlənmişdi və Allahdan vəhy aldığını iddia edən Riz, törətdiyi qətllərin insanlar tərəfindən mühakimə edilə bilməyəcəyini və onun taleyini yalnız Allahın təyin edə biləcəyini deyirdi. Qətl törətdikdən sonra başını havaya qaldırıb göylərdən onu vurmasını xahiş etdi və qarşılığında səs gəlmədikdə özünü yenilməz hiss edib.
Həbs edildikdən sonra ona qarşı irəli sürülən ittihamlara etiraz etməyən Rizin Cekson ailəsi də daxil olmaqla 9 nəfəri öldürdüyü düşünülürdü. O, ölüm cəzasına məhkum edilsə də, apelyasiya qərarı ilə edam dayandırılıb. O, bir dəfə hakim qarşısına ayaqyalın və saqqallı çıxıb və bir neçə dəfə lüt soyunmağa cəhd edib. 1960-cı illərdə verdiyi müsahibədə Riz 7 nəfəri öldürdüyünü etiraf edib və özünü hadisəyə o qədər bağlı hiss edib ki, Cekson ailəsini qaçırarkən beş gün yuxusuz qalıb. Melvin Riz 1995-ci ildə həbsxanada olarkən vəfat edib.
Aynil