Elçindən boşanma xəbərlərindən sonra ilk paylaşım

Maqazin
22:09 / 16.02.2024
8558
Müğənni Elçin Cəfərov boşanma xəbərlərindən sonra ilk dəfə paylaşım edib.
Sfera.az yazır ki, sənətçi bununla bağlı instaqramda yazıb.
“Haqqında haradasa danışırlarsa, üzülmə. Yaxşı insan olduğuna inanırsansa, Allah sənin haqqını müdafiə edən birini orada dilləndirəcək. Sən o adamı tanımasan belə”, - deyə, Elçin bildirib.
Qeyd edək ki, bu gün Elçinin 14 fevralda Aydan Cəfərovadan boşanması barədə məlumat yayılıb.
Onu da xatırladaq ki, 7 ildir evli olan cütlüyün Can adlı oğlu var.