Navalnının ölümündə onlar günahkardır - ADLAR

Navalnının ölümündə onlar günahkardır - ADLAR

Vaşinqton və Brüssel Aleksey Navalnının ölümündə günahkardır .

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında bildirib. O, ABŞ və Avropa İttifaqının paytaxtlarını günahkar kimi göstərib.

 

Volodinin sözlərinə görə, məhkəmə ekspertləri hələ Navalnının ölümünün səbəbini müəyyən edə bilməyiblər, lakin o artıq bunun ABŞ və Avropa İttifaqı (Aİ) üçün faydalı olduğunu deyə bilər. Siyasətçi xatırladıb ki, Rusiyaya qarşı çoxlu sayda sanksiya tətbiq edən, “qızıl və valyuta ehtiyatlarını” ələ keçirməyə can atan dövlətlər və Aİ, ümumiyyətlə, Rusiya Federasiyasını məhv etmək niyyətindədirlər və onun inkişafını dayandırmaq üçün hər şeyi edirlər. 

 

Dövlət Dumasının sədri Navalnının başına gələnlərin arxasında şəxsən dayananların adlarını da sadalayıb. Onun fikrincə, bunlar NATO-nun baş katibi Yens Stoltenberqdən tutmuş Almaniya kansleri Olaf Şolz və Ukrayna Prezidenti Volodimir Zelenskiyə qədər olan şəxslərdir. "Məhz onlar çoxlu uğursuz qərarlar qəbul edib, onun ölümündən faydalanırlar", deyə Volodin fikrini yekunlaşdırıb.

 

Xatırladaq ki, Federal Penitensiar Xidmətin cümə günü, fevralın 16-da verdiyi açıqlamaya görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib. Gələn həkimlər bütün lazımi reanimasiya tədbirlərini görüblər, lakin müsbət nəticə verməyib, həkimlər onu xilas edə bilməyiblər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...