Əvvəlcə başına vurub, sonra isə... - Qandonduran cinayətin TƏFƏRRÜATLARI + FOTOLAR

Əvvəlcə başına vurub, sonra isə... - Qandonduran cinayətin TƏFƏRRÜATLARI + FOTOLAR

Türkiyədə 5 ay əvvəl yol qəzasında həyatını itirdiyi bildirilən yaşlı kişi qonşuları tərəfindən öldürülüb.


Sfera.az xəbər verir ki, 16 sentyabr 2023-cü il tarixində Dənizlinin Kelekçi məhəlləsində tək yaşayan 64 yaşlı Şahin Demirtenin qonşusu Cihan G. təcili yardım mərkəzinə zəng edərək Demirtenin evindən 500 metr aralıda motosikletlə qəzaya uğradığını bildirib. Qonşunun zəngindən sonra əraziyə gələn səhiyyə işçiləri qocanın öldüyünü müəyyən ediblər. İlkin araşdırmada infarkt keçirdiyi üçün qəzaya düşdüyü zənn edilən iki uşaq atası Demirten ertəsi gün məhəllə qəbiristanlığında dəfn edilib.


Atalarının daha əvvəl heç qəza törətməməsindən, hadisə yerində gördükləri ağac parçalarından, ərazidəki qan izlərindən şübhələnən Şahin Demirtenin övladları qəzanın baş verdiyi ərazidəki bütün dəlilləri videoya çəkiblər. Respublika Prokurorluğuna müraciət edərək hadisənin yenidən araşdırılmasını tələb ediblər. Ailənin şübhələrini nəzərə alan prokurorluq hadisəni araşdırmağa başlayıb.


Hadisə yerindən toplanan dəlillərə və qəzaya uğradığı iddia edilən motosikletdə hər hansı qırıq hissələrin olmamasına əsasən, onun öldürüldüyü qənaətinə gəlinib.

 

Nəticədə Şahin Demirtenin qonşusu tərəfindən ağac parçası ilə döyülərək öldürüldüyü müəyyən edilib. Hadisə ilə bağlı Demirtenlə aralarında ədavəti olan qonşu Həsən G., həyat yoldaşı Makbule G., oğlu Cihan G. və qızı Serap G. saxlanılıb. Dindirilmə zamanı şübhəlilərdən Cihan G. törətdiyi cinayəti etiraf edib və hadisə baş verən gün olanları danışıb.


Narkotik aludəsi olduğu iddia edilən Cihan G. Şahin Demirtenin yolunu kəsərək pul istəyib. Demirten pul vermədiyinə görə aralarında mübahisə yaranıb. Nəticədə yaşlı kişinin başına ağac parçası ilə vurub, sonra isə onu döyməyə başlayıb.Cinayət hadisəsinə ailənin digər üzvləri də qarışıb.Qətlin qəza kimi görünməsini istəyən ailə Şahin Demirteni motosikleti ilə birlikdə 50 metr sürüyüb qəza görüntüsü yaratmağa çalışıblar. Cinayətdən qaçmaq üçün planlar quran, hətta qəza barədə 112-yə zəng vuran ailəni hadisə yerində unutduqları və evlərinin qarşısındakı ilə eyni olan ağac parçaları ələ verib.

 

Prokurorluqda dindirilmələri hələ də davam edən şübhəlilərə "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.

 

Zarufa Məmmədova

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...