"Təxribatların sonu genişmiqyaslı toqquşma ilə nəticələnə bilər" - Politoloq 

Bu gün Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. Bu dəfə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Bu, artıq nəbz yoxlaması deyil. Azərbaycan mövqelərinin atəşə tutulması tendensiyaya çevrilməkdədir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

Onun sözlərinə görə, bu, Azərbaycanla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı da təxribatdır:

 

“Ermənistanda Paşinyanın mövqelərini zəiflətmək üçün bölgədə gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr fəallaşıblar və bu təxribatı Paşinyan Almaniyada olarkən reallaşdırıblar. Bizim üçün təxribatın kimin və ya kimlər tərəfindən həyata keçirilməsinin fərqi yoxdur, təxribatın icraçıları cəzlarını layiqincə alacaqlar. Bu təxribatların sonu genişmiqyaslı toqquşma ilə nəticələnə bilər. Azərbaycan Ordusu hər dəfə qarşı tərəfin təxribatına cavab olaraq genişmiqyaslı əməliyyatlara başlayıb və uğur qazanıb. Qarşı tərəf bu dəfə də özünə quyu qazmaqla məşğuldur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...