“Liverpul”un hücumçusu yanvar ayının ən yaxşısı seçildi 

“Liverpul”un hücumçusu yanvar ayının ən yaxşısı seçildi 

"Liverpul"un portuqaliyalı hücumçusu Dioqo Jota İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.


Sfera.az xəbər verir ki, Jota 2020-ci ildən "Liverpul"da çıxış edir. Hücumçu karyerasının əvvəlində "Vulverhempton"un rənglərini geyinib. Yanvarda Premyer Liqanın üç oyununda portuqaliyalı üç qol vurub iki məhsuldar ötürmə edərək "Liverpul"a üç qələbə qazandırıb. Qələbələr “Nyukasl”, “Bornmut” və “Çelsi” üzərindədir.


Qeyd edək ki, Liverpul bu mövsüm Premyer Liqanın 24 turundan sonra "Mançester Siti"ni iki xal qabaqlayaraq turnir cədvəlində birinci yerdə qərar tutub. 


Daxili çempionatın növbəti oyununda Yurgen Kloppun yetirmələri səfərdə “Brentford”la qarşılaşacaq. Oyun bu şənbə, fevralın 17-də baş tutacaq. 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...