PSJ üç futbolçu transfer edəcək - Mbappenin əvəzinə

İdman
17:00 / 16.02.2024
3930
PSJ rəhbərliyi bu yay ən azı üç böyük transfer edəcək.
Sfera.az “Çempionat”a istinadən bildirir ki, parislilər bu planı dekabrda hazırlayıblar.
Belə ki, transferlər cari mövsümün sonunda klubdakı karyerasını başa vuracağını elan edən Kilian Mbappeni əvəz edəcək.
Futbolçular ardıcıl olaraq hücumçu, yarımmüdafiəçi və mərkəz müdafiəçisi olacaq.
Qeyd edək ki, PSJ Fransa Liqasında 21-ci turdan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir.
Fatimə Lətif