\"Baş ağrıları, nəfəs darlığı, yorğunluq...\" - Bayat yeməklərin orqanizmdə yaratdığı fəsadlar

Təəssüflər olsun ki, qida zəhərlənməsi halları ilə tez-tez rastlaşırıq. Çox insan, qida zəhərlənməsini marketlərdə satılan istehsal tarixi bitmiş məhsullarla əlaqələndirirlər. Lakin qida zəhərlənməsinin əsas səbəblərindən biri də bayat yeməklərdir.
Bəs hansı yeməkləri bayat yemək olmaz?
Mövzu ilə bağlı Sfera.az-a danışan Qida hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, ən çox bayramlarda və müxtəlif tərəvəzlərin birləşməsindən hazırlanan paytaxt və şuba salatları bir neçə gün saxlandıqda zərərli olurlar.
“Doğranmış tərəvəzlər də 4 dərəcə temperaturda 12 saatdan çox saxlana bilməz. Əksər tərəvəzlərin tərkibində zərərsiz naddələr var. Lakin otaq temperaturu nitrat bakteriyaların yaranması üçün katalizator rolunu oynayır. Nitratların artan konsentrasiyası baş ağrılarının artmasına, nəfəs darlığına, yorğunluğa səbəb olur”.
Mütəxəssis bildirib ki, yemək süfrəsində qalan tərəvəzlərin zibil qabına atılması məsəhətlidir. Həmçinin kremli tortları da uzun müddət saxlamaq məsləhət deyil. Göbələk, kartof pürəsi və qaynadılmış makaron kimi yeməklər də bayat yeyildikdə zəhərlənməyə səbəb ola bilər.
Ülkər Abdurahmanlı