Dini Komitənin sədri vəzifəsini icra edəcək Səyyad Salahlı ilə bağlı MARAQLI FAKTLAR

Dini Komitənin sədri vəzifəsini icra edəcək Səyyad Salahlı ilə bağlı MARAQLI FAKTLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

 

Sfera.az xəbər verir ki, Səyyad Salahlı 1952-ci il yanvarın 15-də İmişli rayonunun Qaradonlu kəndində anadan olub.

 

1958–1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxuyub.1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub və 1972-ci ildə həmin fakültəni bitirib. İkinci ali təhsilini Bakı Dövlət Universitetində alıb və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olub.

 

Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı olub. 2000-ci il noyabrın 5-də 67 saylı Zərdab-İmişli seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. 

 

Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Ədəbi-ictimai fəaliyyəti "Tərəqqi" medalı, "Qızıl qələm" mükafatı, "İnam" şərəf diplomu ilə dəyərləndirilib.

 

Evlidir, 3 övladı var.

 

Fidan


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...