Qatıq bütün dərdlərə dərmandır - Möcüzə kimi qida

Qatıq bütün dərdlərə dərmandır - Möcüzə kimi qida

Qatıq tərkibində vitaminlər və kalsium olan, arıqlamaq istəyənlər üçün münasib yeməkdir. Pendir və başqa süd məhsullarından daha az kaloriyə malikdir. Onu desert kimi də yemək olar.

Sfera.az xəbər verir ki, deyerler.org-un yazdığına görə, bu qidanın tərkibində olan protein aclığa uzun zaman davamlıdır. Müxtəlif tədqiqatlar göstərir ki, kalisum çatışmalığı ilə çəkinin artması arasında əlaqə vardır. Son tədqiqatlar da göstərir ki, qatıq yeyənlərin qarın nahiyəsində daha az piy qatı yığılır. Yəqin bilirsiniz ki, kök olmaq ürək xəstəliklərinə yol açır. Bu tədqiqatlar 4 il ərzində aparılıb və o nəticəyə gəlinib ki, hər gün içilən bir stəkan qatıq çəkini 400qr azalda bilir. Qatığın tərkibində olan kalsium piy qatını əridir və piy qatının yığılmasına mane olur.

Qatıq diabet xəstəliyi ilə də mübarizə aparır. Son zamanlar aparılan tədqiqatlar göstərir ki, süd məhsulları ilə diabet xəstəliyi arasında rabitə vardır. Çünki onların tərkibində yağ azdır. Aparılan tədqiqatlar göstərir ki, gündəlik yeməklərinin üçdə birini süd məhsulları təşkil edən insanlar daha az bu xəstəliyə düçar olurlar. Lakin bunun üçün hər gün süd məhsulu qəbul etmək lazımdır.

Qatıq qan təzyiqini aşağı salır. Son tədqiqatlar göstərir ki, qatıq məhsullarının tərkibində olan peptidlər qan daralmalarının qarşısını alır. Ona görə də qatığı yemək menyularına daxil edənlər qan təzyiqindən az əziyyət çəkirlər.

Qatıq xərçəng xəstəliyi ilə mübarizə aparar. Xərçəng xəstəliklərini müayinə edən beynəlxalq cəmiyyət elan etmişdir ki, süd məhsulları xərçəng riskini azaldır. Tərkibində olan kalsium, D vitamini və süd fermentləri bu xəstəliyin qarşısını ala bilir.


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...