Mbappe qərarından dönmədi - “PSJ” ilə yolları ayırır

Mbappe qərarından dönmədi - “PSJ” ilə yolları ayırır

“PSJ”in hücumçusu Kilian Mbappe Fransa klubundan ayrılmaq qərarını dəyişməyib.


Sfera.az bildirir ki, bu barədə insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat verib.


Mənbənin sözlərinə görə, Kilianın gözlənilən gedişi ilə bağlı yekun danışıqlar yaxın aylarda futbolçu ilə PSJ rəhbərləri arasında aparılacaq. 


Qeyd edək ki, daha əvvəl Mbappenin “Real Madrid”in prezidenti Florentino Pereslə danışıqlar apardığı və onun Madrid "Real"ına keçidinin mümkün olduğu xəbərləri yayılıb. 


Xatırladaq ki, Mbappe 2018-ci ildən “PSJ”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 290 matçda iştirak edib, 243 qol vurub, 105 məhsuldar ötürmə edib.


Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Onun hazırkı bazar dəyəri 180 milyon avrodur.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...