Taksi sürücülərinin psixi və narkoloji müayinəsi necə aparılır? - \"Təəssüf ki, 50, 100 manata satılır\" 

Taksi sürücülərinin psixi və narkoloji müayinəsi necə aparılır? - \

Son günlər insanlar arasında “taksi fobiyası” yaranıb. Qeyd olunur ki, şirkətlər sürücülərin narkoman və ya psixi problemlərinin olub-olmamasını düzgün təyin etmir, bu da vətəndaşların həyatını təhlükəyə atır. Artıq əksəriyyət taksi sürücüləri ilə bağlı müəyyən qorxularının olduğunu bildirir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı taksi şirkətlərinin günahsız olduğunu qeyd edib.

 

Onun sözlərinə görə, hazırda taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar icra olunur:

 

“Taksilərlə bağlı artıq qanun qüvvəyə minib, sağlamlıq arayışı tələb olunur. Sadəcə rüşvətlə sağlamlıq arayışının satıldığını görürük. Bu sahədə özbaşınalıqdır. Taksi şirkətləri tələb edir və adam normal sənəd təqdim edir. Bu normal sənədi anormal insana verəni tapmaq lazımdır. Yəni həkimi, poliklikanı.. Şirkət formal olaraq sənədi alsa da, bəzən adamın sağlam olmadığı, xəstə və ya narkoman olduğu üzə çıxır. Taksi şirkəti buna nə edə bilər? O, sənədə əsaslanır”.

 

Müsahibimiz bildirib ki, bu gün Azərbaycan reallığında hər şey mümkündür:

 

“Ağıllı dəli olur, dəliyə “ağıllı kağızı” ala bilirlər. Təəssüf ki, səhiyyə ocaqlarında bu cür arayışlar 50, 100 manata rahat şəkildə satılır. Bu problemin üzərinə getmək, tibb məntəqələrində reydlər keçirmək lazımdır. Yaxud “Sürücülərin tibbi müayinəsi” adında bir struktur yaradılmalı və ciddi nəzarət altında fəaliyyət göstərməlidir. Əvvəllər bu var idi, onu ləğv etdilər, çünki “rüşvət yuvası”na çevrilmişdi”.

 

Günay


OXŞAR XƏBƏRLƏR