Azərbaycana avtomobil idxalı azaldı – SƏBƏB

Azərbaycana avtomobil idxalı azaldı – SƏBƏB

Bu ilin yanvarında Azərbaycana avtomobil idxalında azalma müşahidə edilib.


Sfera.az xəbər verir ki, ötən ilin yanvarında 6 881 avtomobil idxal edildiyi halda, bu ilin yanvarında idxal 6 191 ədədə geriləyib. 


Avtomobil idxalında azalma yalnız benzin, dizel və ya təbii qazla işləyən minik avtomobillərində qeydə alınıb. 


Hibrid mühərrik sisteminə sahib olan və yalnız elektriklə işləyən avtomobillərin idxalında, eyni zamanda yük maşınlarının, xüsusi təyinatlı avtomobillərin idxalında artım qeydə alınıb. 


Ötən ilin yanvarında idxal edilən minik avtomobillərinin 5 406 ədədi yalnız daxili yanma mühərriki olan avtomobillər, 933 ədədi hibrid, 119 ədədi elektrik mühərrikli avtomobillər olub. 


Bu ilin yanvarında idxal edilən minik avtomobillərinin isə 4 717 ədədini yalnız daxili yanma mühərriki olan avtomobillər, 1 235 ədədini hibrid, 239 ədədini elektrik avtomobilləri təşkil edib. 


2024-cü ildə idxal edilən yük avtomobillərinin sayı 376 ədəddən 495 ədədə, xüsusi təyinatlı avtomobillərin sayı 27 ədəddən 33 ədədə qədər artıb. Avtobusların idxal sayı isə əvvəlki ilin yanvarında olduğu kimi 20 ədəd olub.


Göründüyü kimi, bu il avtomobil idxalının azalması yalnız benzin, dizel və ya təbii qazla işləyən minik avtomobillərində müşahidə edilib. Bu fakt göstərir ki, alıcılarda hibrid və elektrik avtomobil modelərinə maraq artıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...