Abşeronda 70 yaşlı qadın sirkə içərək ÖLDÜ
Hadisə
12:44 / 16.02.2024
3778
Abşeron rayonunda 70 yaşlı qadın sirkə içərək ölüb.
Sfera.az xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün tikilən şəhərcikdə qeydə alınıb.
Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Abdullayeva Gözəl Qafar qızı yaşadığı ünvanda səhvən sirkə içib. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Report)