"Bakı-Quba yolu bərbad vəziyyətdədir" - Deputat

Cəmiyyət
12:11 / 16.02.2024
4358
“Ödənişli yolu istifadəyə vermişik, amma təəssüflər olsun ki, Bakı-Quba yolu bərbad vəziyyətdədir”.
Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib:
“Ödənişli yolun tarifləri olduqca yüksəksdir. Ayda 3-4 dəfə o yolu gedib-gəlirəm. Yoldan isitfadə edən şəxslərin əksəriyyəti istirahət üçün gedən vətəndaşlardır, xidməti avtomobillər elə də çox deyil. Şimal bölgəsinin əhalisi həmin yoldan istifadə edə bilmirlər. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi tariflər məsələsinə baxmalıdır”.
Firuzə Əliyeva