"Avtobus yollarından istifadə edən avtomobillər cərimələnməsin" - Siyavuş Novruzovdan TƏKLİF

“Şəhərdə artıq 3 yol müəyyənləşib: avtobus, velosiped və digər avtomobillər üçün nəzərdə tutulanlar”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında “Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib:

 

“Əgər avtobus yoludursa, bu, mütəmadi boş saxlanılır. Digər maşınlar daxil olan kimi cərimələnirlər. Bunu elə etmək olar ki, avtobus olmayanda digər avtomobillər də o yollardan istifadə etsin. Gələcəkdə tramvayların çəkilməsi ilə bağlı müzakirələr gedir. Yaponiya, Cənubi Koreya və BƏƏ-də uçan taksilərdən istifadə edilməsi danışılır. 2 il ərzində həmin ölkələrin səmalarında uçan avtomobillər görəcəyik. Bu istiqamətlərdə düşünməliyik. Yeraltı nəqliyyatdan bəhrələnməliyik. Eyni zamanda, ödənişli yollardan sui-istifadə edilməməsi üçün ictimai qınağa ehtiyac var. Biri avtomobili əks istiqamətdə sürür, biri 200 sürətlə sürür və çəkir, sosial şəbəkədə paylaşır. Elə adamlara küçələri süpürtdürmək lazımdır ki, ağıllansınlar. Başqa insanların həyatlarını təhlükəyə atırlar”.

 

Firuzə Əliyeva

 

 

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...