"1 milyon borcu olanın 5 milyonluq əmlakına həbs qoyulur" - Fazil Mustafa

“Əmlak tam olaraq mülkiyyət anlamına gəlmir”.

 

Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib:

 

“Borclunun əmlakının üzərinə həbs qoyulması yox, borclunun borca adekvat əmlakına həbs qoyulması qeyd edilməlidir. Praktikada çoxdur bu cür hallar. 1 milyon borcu olan borclunun 5 milyonluq əmlakına həbs qoyulur. Bunu indidən nəzərə almaq lazımdır ki, sonradan problemlər yaranmasın”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR