"Xalqımızın rifahının daha da yaxşılaşdırılmasına çalışacağıq" - Əli Əsədov SÖZ VERDİ

Siyasət
10:49 / 16.02.2024
5025
“Ümidvaram ki, növbəti müddətdə də birgə səylərimiz ölkəmizin tərəqqisinə və xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında Baş nazir Əli Əsədov deyib.
“Yaxın zamanlarda Nazirlər Kabinetinin 2023-cü ildə görülən işləri təqdim ediləcəkdir. Bu gün bu kürsüdən bəyan edirəm ki, Azərbaycan hökümətinin dayanıqlı inkişafının və xalqın rifahının təmin edilməsi üçün möhtərəm Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bütün səylərimizi səfərbər edəcəyik”.
Firuzə Əliyeva