"Şəhid ailələri və müharibə əlillərinin rifahının yaxşılaşdırılması əsas məqsədlərdən olacaq" - Əli Əsədov

Siyasət
10:40 / 16.02.2024
4339
“Cəmiyyətimizin həyatının bütün sahələri, o cümlədən sosial sahə dövlət başçımızın diqqətində olub və olacaqdır”.
Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında Baş nazir Əli Əsədov deyib.
“Azərbaycan xalqının, o cümlədən şəhid ailələri və müharibə əlillərinin rifahının yaxşılaşdırılması ən əsas məqsədlərdən olacaq. Gələcək dövrlərdə artan yüksək rəqabətin, insan kapitalının formalaşdırılması da əsas prioritetlərdəndir. Bütün bunlar üçün dayanıqlı, güclü iqtisadiyyatın inkişaf etdirilməsi təmin edilməlidir”.
Firuzə Əliyeva