Şeytan çıxarma ayini zamanı öldürülən qadının başına gələnlər

Şeytan çıxarma ayini zamanı öldürülən qadının başına gələnlər

Keçən həftə Braziliyada insanı heyrətə gətirən hadisə baş verib. 57 yaşlı qadının, içində başqa varlıqların olduğu iddia edilərək şeytan çıxarma mərasimi zamanı ailəsi tərəfindən öldürülüb.

Sfera.az hadisənin təfərrüatlarını təqdim edir.


Şeytan çıxarmaq bütün dünyada zaman-zaman gündəmə gələn bir mövzudur. Təbii ki, Amerika istehsalı olan şeytan çıxarma mövzulu filmləri də unutmayaq. Bəzilərimiz bu filmlərdən o qədər qorxuruq ki, onların real həyatda baş verməyəcəyini düşünürük.
 

Ancaq çox təəssüf ki, filmlərdə qarşılaşdığımız kədərli ssenarilər real həyatda da baş verir. Növbəti belə hadisə Braziliyada şeytan çıxarma zamanı vəhşicəsinə öldürülən qadının yaşadıqlarıdır.


 

Zilda Correa Bitencourt adlı bu qadın şeytan çıxarma zamanı əvvəlcə dörd nəfər tərəfindən çarmıxa çəkilib, sonra təpik, sillə və yumruqlarla döyülərək öldürülüb. Mətbuatın məlumatına görə, fevralın 10-da baş verən hadisədə şübhəli bilinən 4 nəfər Zildanın atası, iki qardaşı və bir əcnəbi qadın saxlanılıb.


57 yaşlı Zildanı öldürən 4 şübhəli qadının cansız bədənini xəstəxanaya apararkən polis tərəfindən yaxalanıb. Şübhəlilər fevralın 14-də işgəncə ilə ağırlaşdırıcı qətl törətmək ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.


Polis ifadələrinə görə, Zilda çarmıxa çəkilən zaman əri və oğlu da hadisə yerində, yəni qəbiristanlıqda olublar. Zilda mənəvi təmizlənmə mərasimi üçün qəbiristanlığa aparılıb. Polisə ifadə verən şübhəlilərin dedikləri olduqca ürpədici olub. Şübhəlilərin sözlərinə görə, Zildanın içərisində 20 ildir yaşayan iki varlıq olub. Onlar sadəcə olaraq bu varlıqları yox etməyə çalışıblar. Ritualı Afrika-Braziliyalı keşiş icra edib.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR