İsrailli reperlər bir çox məşhurlar haqqında qalmaqallı mahnı ifa ediblər

İsrailli reperlər Ness və Stilla artıq İDF əsgərləri arasında populyarlaşan, lakin sosial şəbəkələrdə kəskin reaksiyaya səbəb olan trek yayımlayıblar.
Sfera.az bildirir ki, İsrailli musiqiçilər Ness və Stilla, Dua Lipa, Bella Hadil və Mia Khalifaya həsr edilən bir trek buraxıblar. Qeyd edək ki, adları çəkilən bu məşhurlar “HƏMAS”ın İsrailə hücumundan sonra Qəzzada başlayan əməliyyatı dayandırmağa çağırıblar.
İsrailli musiqiçilər adları sadalanan məşhurların laiq olduqlarını alacaqlarını bildiriblər.
Trekə ərəb dilindən tərcümədə "müharibə və zorakılıq", həmçinin "xaos" mənasını verən Harbu Darbu adı verilib. Mətndə:
“Hər bir it layiq olduğu şeyi alır"-deyilir.
Daha sonra reperlər “HƏMAS” liderlərini, onun ardınca Qəzzada hərbi əməliyyata qarşı çıxan Bella Hadid, Dua Lipa və Livanlı porno ulduz Mia Khalifanı hədəf alırlar.
“Harbu Darbu” qısa zamanda populyarlıq qazanaraq İsrail “Mako” saytında ilk sıraya yüksəlib.
Nes və Stilla İsrail mediasına bildiriblər ki, onlar mahnını İsrailin kədərinə şərik olmaq üçün yazıblar.
Mahnı “TikTok”da da populyarlaşıb və 18 milyondan çox baxış toplayıb.
Sözlər İDF və İsrailin “HƏMAS”ı məhv etmək siyasətini dəstəkləyir.
Sətirlərdən birində deyilir: “Bütün ordunu sizə qarşı topladıq və and içirik ki, bağışlamayacağıq”.
Başqa sətirlərdə isə 7 oktyabr 2023-cü ildə öldürülən israilli uşaqların adlarının Qəzzaya atılan mərmilərə yazılacağı deyilir. Trekdə “Həmas” və onun tərəfdarları israilliləri məhv etməyə çalışan qədim qəbilə olan "Amalek övladları" adlandırılır.
Mahnı “Həmas” və “Hizbullah” liderlərindən qisas almağa səsləyir, habelə İsrailə qarşı çıxan məşhurlar Bella Hadid, Dua Lipa və Mia Khalifanın siyahısı ilə bitir.
Mahnıda deyilir: "Hər bir it layiq olduğu şeyi alır".
Əvvəllər İsrail əleyhinə fikirlərini açıq şəkildə ifadə edən və “HƏMAS” yaraqlılarını “baş verən hadisələri yüksək keyfiyyətli 4K videoda çəkməyə” çağıran Livan əsilli amerikalı porno aktrisa Mia Xəlifə məhz bu fikirlərinə görə “Playboy” jurnali ilə müqaviləsini itirib.
Dua Lipa daha əvvəl İsrail ordusu ilə “HƏMAS” arasında davam edən müharibədə hər iki tərəfi atəşkəsə çağırıb və yükü çoxlarından daha ağır olan Fələstin və yəhudi icmalarına sevgilərini göndərdiyini yazıb.
Atası fələstinli olan Bela Hadid uzun müddət səssiz qalsa da, sonra abunəçilərindən üzr istəyib və ölkənin tarixindən asılı olmayaraq, istənilən yerdə, istənilən mülki şəxsə qarşı terror hücumlarını pislədiyini yazıb. Onun bacısı Gigi Fələstini müdafiə edib, lakin HƏMAS-ı pisləyib.
Sənətçilər özləri mahnının bütün dünyada əks-səda doğurmasına sevindiklərini etiraf ediblər.
Aysel
Sfera.az