“Ukraynalı şişmə kuklalara oxşamışam"- Meqan Foksdan görünməmiş qalmaqal

Amerikalı aktrisa və model Meqan Foks ukraynalı qadınları “şişmə gəlinciklər” adlandırıb.
Sosial şəbəkə istifadəçiləri arasında hiddət dalğasına səbəb olan bu mübahisəli paylaşımı o, Instagram sosial şəbəkəsindəki səhifəsində dərc edib.
Sfera.az xəbər verir ki, hər şey 37 yaşlı aktrisanın fevralın 14-də Las-Veqasda gecə klubunda çəkilmiş fotolarını paylaşması ilə başlayıb. O, paylaşımda müğənni Teylor Svift ilə birlikdə olub. Fotolar yayımlandıqdan sonra çoxsaylı istifadəçilər Foksun üz cizgilərinə diqqət çəkərək, aktrisanın plastik əməliyyat etdirdiyini iddia ediblər.
Meqan guya bunu yazanlara cavab vermək qərarına gəlib və fotolarına aşağıdakı başlığı əlavə edib:
"Aman Allahım, uşaqlar, görün nə qədər dəyişmişəm... Özümə heç bənzəmirəm. Sən demə mən ukraynalı şişmə gəlincik kimi görünürmüşəm. Bu içəridə qaranlıq çəkən cib telefonuna görədir. Reallıqda isə mən yalnız Yaponiyada alına bilən o super bahalı, silikon real seks kuklalarından birinə bənzəyirəm”-Meqan Foks fotonun altına yazıb.
Bundan sonra onlarla istifadəçi onun üzərinə gedib, onlar belə bir müqayisədən qəzəbləniblər. Meqana bu şəkildə ölkəsində indi qanlı müharibə gedən qadınları təhqir etdiyi bildirilib.
“Burada yeganə cılızlıq müharibədən sağ çıxmağa çalışan ukraynalılara ucuz güllə atmağınızdır. İyrənc”
“Son vaxtlar nə qədər ukraynalı qadının cinsi zorakılığın qurbanına çevrildiyini nəzərə alsaq, iyrənc yazı”
“Mənim və əksər ukraynalı qadınların real həyatda və mediada nələrə dözməli olduğumuz barədə heç bir fikrin varmı? Bizi təmizlikçi, dayə, oğru, kirayəlik gəlin, fahişə kimi təqdim edirlər”.
“Meqan bahalı şişmə gəlinciyə bənzədiyindən qürur duyur və əlindən gələni edərək başqa millətlərin nümayəndələrinə palçıq atmağa çalışır”.
Meqan Foksun hərəkəti Twitter sosial şəbəkəsində də mənfi reaksiyaya səbəb olub. İnsanlar ukraynalı qadınları dəstəkləmək üçün heştəqlərlə “Twitter”də birləşiblər.
Aysel
Sfera.az