“Latsio” “Bavariya”nın 13 illik seriyasına son qoydu

“Latsio” “Bavariya”nın 13 illik seriyasına son qoydu

Almaniyanın “Bavariya” klubu 13 ildən sonra ilk dəfə avrokuboklarda İtaliya klubuna məğlub olub.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, münhenlilər ötən gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Latsio”ya 0:1 hesabı ilə uduzub.

 

Bundesliqa nəhəngi sonuncu dəfə 2011-ci ilin mart ayında avrokuboklarda İtaliya təmsilçisi ilə bacarmayıb. Münhenlilər həmin vaxt Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “İnter”lə dueldən məğlub ayrılıb - 2:3.

 

Qeyd edək ki, “Bavariya” “Latsio” ilə cavab görüşünü martın 5-də keçirəcək.


OXŞAR XƏBƏRLƏR