Prezidentdən “BakuBus”la bağlı SƏRƏNCAM

Siyasət
17:05 / 15.02.2024
5980
Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.
Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.