"Atəşkəsin zəmanəti İsraillə razılaşmanın əsas şərtidir" - HƏMAS lideri

Dünya
16:50 / 15.02.2024
6844
"Atəşkəsin zəmanəti İsraillə razılaşmanın əsas şərti olaraq qalır".
Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, bunu HƏMAS lideri İsmayıl Haniyə deyib.
Onun sözlərinə görə, İsraillə istənilən razılaşma əsirlərin mübadiləsi, atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını əhatə etməlidir.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 mini keçib.
Əzizə