Əhmədin 15 yaşında bıçaqladığı idmançının görüntüləri - VİDEO/FOTO

Əhmədin 15 yaşında bıçaqladığı idmançının görüntüləri - VİDEO/FOTO

"Space TV"nin efirində Amil Xəlilin aparıcılığı ilə yayımlanan "Gəl danış" verilişində ailəsini amansızlıqla qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir şok fakt ortaya çıxıb.

 

Sfera.az musavat.com-a istinadən bildirir ki, verilişə zəng edən Aynur adlı qadın iddia edib ki, Əhməd Əhmədov 15 yaşı olanda onun oğlu Ramin Cəfərova 18 bıçaq zərbəsi vurub.

 

O, qeyd edib ki, Əhməd çox qısqanc uşaq olub. Ətrafında kiminsə uğur qazanmasını, ondan irəli getməsini istəməyib. Xanımın iddiasına görə, Əhməd onun oğlunu da idmanda ondan öndə olduğu üçün vurub. Aynur xanım bildirib ki, oğlu sağ olsa da, 18 bıçaq zərbəsindən sonra əlil qalıb və idmanla məşğul ola bilməyib.

 

Əhmədin bıçaqladığı şəxslə bağlı bir sıra məlumat da əldə edilib.Məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Əhməd Əhmədov onu meşəyə aparıb, öncə "beşbarmaq"la vurub, daha sonra isə bıçaqlayıb.

 

Həmin vaxt Polis İdarəsindən mətbuata verilən məlumatda deyilib ki, rayon sakini, 1999-cu il təvəllüdlü Ramin Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsi müəyyən edilib.



Faktla bağla Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

 

Sonradan isə bu xəbər bir sıra saytlardan silinib.

 

Sayt Əhmədin bıçaqladığı Ramin Cəfərovun görüntülərini əldə edib. Həmin görüntüləri təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhk...

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...