Bakıda boşanma sayı ARTIR - Rayonlar üzrə GÖSTƏRİCİLƏR

Bakıda boşanma sayı ARTIR - Rayonlar üzrə GÖSTƏRİCİLƏR

Bakı şəhərində daimi qeydiyyatda olan ailələrdə boşanma faktlarının sayı sürətlə artır. Ötən il artım bir qədər də güclənərək yeni rekord səviyyəyə çatıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, Bakıda 2022-ci ildə 5 354 boşanma faktı qeydə alındığı halda 2023-cü ildə boşananların sayı 7 198-ə yüksəlib. Bir ildə boşanma sayında 34 faizdən çox artım baş verib. 


Boşanma sayı artmaqla bərabər paytaxt sakinləri arasında nikahların sayı da azalır. 2022-ci ildə paytaxtda 14 836 nikah qeydə alınmışdı. Ötən il Bakıda nikahların sayı 12 992-yə düşüb. 


2023-cü ilin nəticələrinə əsasən, Bakıda bağlanan hər 100 nikahın 55-i sonradan dağılıb. 


Paytaxtda boşanma göstəricisinin ən yüksək olduğu yerlər daha çox şəhərin mərkəzi hissəsində yerləşən rayonlarda müşahidə edilir. Səbail rayonunda hər 100 nikahın 65-i, Nəsimi rayonunda 63-ü, Qaradağda 61-i, Yasamalda 59-u, Xətaidə 58-i boşanma ilə nəticələnib. 


Məhz Bakıda boşanma sayının sürətlə artması ümumən ölkə üzrə boşananların sayında ciddi artıma səbəb olub. 2023-cü ildə boşananların (5705 say) 1 844 ədədi, yaxud 32 faizi Bakının payına düşür. Nikahlarda isə Bakının payı 24 faizdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...