Laçında bu il bir neçə SES istismara veriləcək – RƏSMİ

Laçında bu il bir neçə SES istismara veriləcək – RƏSMİ

“Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının (SES) tikintisi aparılır”.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev açıqlayıb. 


T.Abdullayev bildirib ki, artıq 14,25 meqavat gücündə “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb: “14,7 meqavat gücündə “Ağbulaq-2”, 4 meqavat gücündə “Qaraqışlaq”, 3,5 meqavat gücündə “Mirik” və 2,8 meqavat gücündə “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir”. 


T.Abdullayev deyib ki, yaşıl enerji strategiyasına uyğun olaraq Laçın rayonunda 9 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılmaqdadır: “Belə ki, bu günə kimi Laçın rayonunda 8,25 meqavat gücündə “Mişni”, 8 meqavat gücündə “Güləbird”, 6 meqavat gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gücündə “Sus” Su Elektrik Stansiyası bərpa edilib. Nəticədə bu günə kimi “AzərEnerji” tərəfindən Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında 77 milyon kilovat saatdan artıq ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib”.


“Azərenerji” rəsmisi onu da bildirb ki, 77 milyon kilovat saat yaşıl enerjinin istehsal edilməsi ilə 18 milyon kub metr qaza və milyonlarla manat vəsaitə qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...