"Ukraynaya yalnız bu şərtlə borc verilməlidir" - Trampdan ABŞ hökumətinə ÇAĞIRIŞ

"Birləşmiş Ştatlar Ukraynaya qrant yardımı ideyasından imtina etməli və əvəzində Kiyevə qaytarılmaq şərti ilə kreditlər verməlidir". 


Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, bu çağırışı Amerikanın keçmiş prezidenti Donald Tramp edib.

 

Tramp yardımın şərtlərini də açıqlayıb:

 

“Amerika hakimiyyəti Kiyevə daha 60 milyard dollar vermək istəyir. Başqa cür edin. Onlara borc verin. Əgər qalib gələ bilsələr, o zaman pulumuzu bizə qaytararlar. Əgər bunu bacarmasalar, pulu geri ödəməsinlər".

 

Bir müddət əvvəl Tramp yenidən prezident seçilərsə, Rusiya və Ukrayna arasında sülh danışıqlarına can atacağını bildirmişdi. Siyasətçinin prezident seçkilərində qalib gələcəyi təqdirdə atmağı planlaşdırdığı mümkün addımlar arasında ABŞ-nin bəzi NATO ölkələri qarşısında öhdəliklərinin azaldılması tədbirləri də var. "Bloomberg"in həmsöhbətləri hesab edirlər ki, bu cür təşəbbüslər həyata keçirilərsə,  ABŞ-nin onilliklər boyu davam edən siyasəti alt-üst olacaq və NATO məhv ediləcək.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...