“Ermənistan sülh istəyirsə, dövlətimizin bu tələbini hökmən yerinə yetirməlidir”

“Ermənistan sülh istəyirsə, dövlətimizin bu tələbini hökmən yerinə yetirməlidir”

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın dövlət başçısı Ermənistanla sülh üçün vacib olan şərtlərə diqqət çəkib, dövlətimizin ənənəvi mövqeyini bir daha təkrarlayıb. Ölkə başçısı qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan öncə öz qanunvericiliyində dəyişikliklər etməli, ölkəmizə qarşı ərazi iddialarından imtina etməlidir.

 

Sfera.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev, Ermənistan qanunvericiliyində dəyişikliklərin aparılmasının vacibliyinə diqqət çəkib:

 

“Ermənistan qanunvericiliyində qonşu ölkələrə, xüsusilə də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı hər kəsə məlumdur. Bölgədə möhkəm, etibarlı sülhün mövcudluğu üçün öncə bu qanunların dəyişdirilməsinə, ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasına ehtiyac var. Əks təqdirdə, Ermənistan qanunvericiliyində yer alan bu müddəalar gələcək müharibə və qarşıdurmalara rəvac verə bilər. Məhz bu səbəbdən də Prezident İlham Əliyev bugünkü andiçmə məraisimində bildirdi ki, Ermənistan sülh istəyirsə, öncə öz qanunvericiliyində zəruri dəyişikliklər etməlidir. Bunsuz, etibarlı sülhü təmin etmək mümkün olmayacaq.

 

Bu baxımdan, rəsmi İrəvanın Prezident İlham Əliyevin məlum çağırışından nəticə çıxarması, Azərbaycan dövlətinin bu tələbini yerinə yetirməsi vacibdir.

 

Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, o zaman dövlətimizin bu tələbini yerinə yetirməlidir. Yalnız bundan sonra sülh istiqamətində növbəti addımların atılması təmin edilə, bu addımlar fayda verə bilər”.

 


OXŞAR XƏBƏRLƏR

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...