“Xərçəngə qarşı peyvəndi tapmağa çox yaxınıq” - Putin

Sağlıq
13:00 / 15.02.2024
8248
Rusiya Prezidenti Vladimir Putin, ölkəsində xərçəngin müalicəsi ilə bağlı aparılan araşdırmaların davam etdiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.
“Xərçəng xəstəliyinə qarşı peyvəndi tapmağa çox yaxınıq. Ölkədə diaqnostika, müalicə və reabilitasiya ilə bağlı yüksək standartlar qurulub. Bunun nəticəsində onkoloji xəstələrin yarıdan çoxu sağalıb”.
Qeyd edək ki, Rusiyada "COVID-19" epidemiyası zamanı “Sputnik V” və “Sputnik Light” kimi peyvəndlər hazırlanaraq bəzi ölkələrə göndərilib və istifadə olunub.
Ülkər Abdurahmanlı