"Məktəbli qızlar eşq yaşamağa can atırlar" - Psixoloq sosial şəbəkələrin yaratdığı təhlükədən DANIŞDI 

Son zamanlar məktəbli qızların çoxu makiyaj edir və geyim tərzlərində dəyişiklik edirlər. Bu hal əvvəlki illərlə müqayisədə daha çox nəzərə çarpır.

 

Bəs məktəbli qızlar nəyə görə dərslərinə yox, makiyaja fikir verirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, dövrümüzdə sosial şəbəkələr çox aktivləşib.

 

“Sosial şəbəkələrdə paylaşılan postların əksəriyyəti makiyaj videoları və geyim reklamlarıdır. Çox az halda sosial şəbəkələrdə kitab, elm və təhsillə bağlı postlar və hekayələr paylaşılır. İnsanların şəxsi inkişafı ilə bağlı tövsiyə oluna biləcək səhifələrin də sayı xeyli azdır".

 

Psixoloq qeyd edib ki, şagirdlərin sosial şəbəkədən istifadə etməsi onların psixologiyasına təsirsiz ötüşmür.

 

“Yeniyetmə yaşda olan uşaqlar böyüməyə daha çox meyilli olurlar. Əsas məsələlərdən biri də, azyaşlı qızlarımız da artıq özlərini kimlərəsə bəyəndirməyə, eşq yaşamağa can atırlar. Bu da həmin azyaşlıların ailədə görə bilmədiyi sevgini, əks cinsin nümayəndəsində axtarması ilə əlaqədardır. Bu yaşda olan uşaqların maraq dairələri ancaq telefonlardır. Ona görə valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər. Dərsdən gəldikdən sonra telefondan istifadə etmək saatı müəyyən qədər məhdudlaşdırılmalıdır. Çünki onlar, sosial şəbəkələrdə gördükləri hər bir şeyi özlərində tətbiq etmək istəyirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

"ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir" - Ərdoğan

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir.   Sfera.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ameri...

Butəhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...