Akşenerin partiyasında GƏRGİNLİK: Namizəd seçiminə görə DAVA DÜŞDÜ - ANBAAN VİDEO

Bələdiyyə seçkiləri üçün namizədlərin elanı zamanı İYİ Partiya üzvləri bir-biri ilə mübahisə edib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, İYİ Partiya Qərargahında partiyanın Ankara üzrə namizədləri elan olunub. Toplantıda İYİ Partiyasının sədri Meral Akşener də iştirak edib.
Ankara üzrə namizədlər bir-bir təqdim edilərək kürsüyə dəvət edilərkən, sıra Etimesqut rayonunun namizədini açıqlamağa gəlib. Bu zaman İYİ Partiyasının Yenimahalle namizədinin Etimesqutdan irəli sürülməsini istəyənlər reaksiya verib. Qarşılıqlı çəkişmələrlə zalda gərginlik artıb.
Zalda olanlarla Etimesqutlu namizədə qarşı çıxanlar arasında dava düşüb. Mərasimin sonunda Akşener gərginliyi artıran hadisə ilə bağlı açıqlama verib:
"Burada qışqıran dostlarımızın əxlaqını sizin vicdanınıza buraxıram. İndi hər şey bitdi". Daha sonra İYİ Partiyası Ankara bölgə sədri Yener Yıldırım tutduğu vəzifədən azad edilib.
Əzizə Zeynal