Rövşən Əliyevə yeni vəzifə verildi - FOTO

Rövşən Əliyevə yeni vəzifə verildi - FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yeni təyinat olub.

 

Sfera.az bildirir ki, jurnalist Rövşən Əliyevə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə müdir və mətbuat katibi vəzifəsi verilib.

 

Bu barədə o, paylaşım edib:

 

“İllərlə çalışdığım, doğmalaşdığım, bütövləşdiyim mühitdən ayrıldım. Özümü yeni, əslində, o qədər də yeni olmayan sferada da - ictimaiyyətlə əlaqələr və mətbuat katibi kimi sınamaq istədim. Gələn təklifləri dəyərləndirib, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksində çalışmağı seçdim. 1995-ci ildə başladığım qəzetçilik, 2008-ci ildən davam etdirdiyim TV kariyeramda jurnalist adına layiq olmağa, haqqını verməyə çalışdım. Qazancım, sadiq dostlar oldu. Artıq sizlərlə yeni formatda daha böyük zirvələri fəth etmək üçün çalışacam”, - jurnalist bildirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR