İnsanları ölümə sürüklədiyi və təhlükəli olduğu üçün qadağan edilən musiqi aləti - VİDEO

İnsanları ölümə sürüklədiyi və təhlükəli olduğu üçün qadağan edilən musiqi aləti - VİDEO

Benjamin Franklin 1761-ci ildə Londonda bir konsertə qatılmış və burasa çalınan musiqi alətinin səsinə valeh olmuşdu.


Sfera.az insanları ölümə sürüklədiyi üçün qadağan edilən musiqi aləti haqqında yazı təqdim edir. Əvvəlvə 18-ci əsrə qayıdaraq, “şüşə qarmon"la tanış olaq.

 

Şüşə butulkalardan düzəldilmiş və səsi bütün konsert salonuna təsir edən bu musiqi alətinə heyran qalan Benjamin Franklin “şüşə harmonika” adlı alət icad etmişdir. İtalyan dilində "Harmonika"-eyni anda iki və ya daha çox səsin ahəngini qulağa xoş gələn şəkildə ifadə etmək üçün istifadə olunur.
Ancaq barmaqları isladaraq və ya nəmləndirərək ifa edilən bu alət insanları öldürməyə başladı!
 

Harmonikanın qadağan edilməsinin səbəbi odur ki, bu alətin çıxardığı səsin insan beyni və qulaqları ilə naməlum qarşılıqlı əlaqəsi olduğu güman edilir. Çünki şüşə qarmondan çıxan səs 1000-4000 hers aralığındadır. 4000 hertzdən aşağı səslər sağ və sol qulaq arasında üçbucaqlı nöqtə tapa bilmədiyi üçün faza fərqləri yaranır və bu da eşitmə problemlərinə səbəb olur.


Franklinin həyat yoldaşı şüşə harmonikanın səsini “mələklərin musiqisi” adlandırırdı.




İllər əvvəl anatomistlər eşitmə sinirlərini tədqiq etmiş və çoxlu musiqi dinləmənin sinirlərə təsir etdiyini söyləmişlər. Araşdırmalara görə, həddindən artıq musiqi dinləmə baş ağrısı, huşunu itirmə və digər problemlərə səbəb olur.


Bundan əlavə, Motsart, Hassa, Bax, Bethoven, Donizetti, Strauss və bir çox başqa bəstəkarlar da məhz bu, şüşə qarmon üçün musiqi bəstələyiblər.


Hətta Bethovenin ölümünün səbəbi kimi qarmonu göstərənlər də var. Bu alət üçün şüşənin üzərindəki notlar çəkilən zaman qurğuşun boyasından istifadə olunub və Bethovenin qurğuşun zəhərlənməsindən öldüyü deyilir.

 

Tənqidçilər bu aləti ifa edən insanların başgicəllənmə, halüsinasiyalar və iflic kimi problemlər yaşadığını bildiriblər.


1799-cu ildə həkim Anthony Willich şüşə qarmonun yaratdığı səsin sinir sisteminə çox pis təsir etdiyi üçün qadağan olunmasının vacibliyini bildirib. Harmonika virtuozu Marianne Kirchgessnerin ölümündə də bu aləti günahlandıran bir çox insan var. Hətta bəzi psixiatrlar bu qarmon səsinin dinləyiciləri intihara sürüklədiyini iddia edib.

Maraqlananlar üçün Çaykovskinin arfa, bas klarnet və şüşə qarmon ilə müşayiət olunan "Şəkər pərisinin rəqsi" musiqisini təqdim edirik:

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR