Kişilərin sonsuzluq göstəriciləri SOS həddinə çatıb

Kişilərin sonsuzluq göstəriciləri SOS həddinə çatıb

İqtisadi və ekoloji problemlərlə yanaşı dünyamızda fərqində olmadığımız başqa bir problem də artmaqdadır: aşağı doğum nisbətləri.


Sfera.az bildirir ki, 40 ildən artıq müddətdə kişilərin sperma sayını öyrənən Shanna Swanın tapdığı nəticələr isə çox narahatedicidir.


Gündən-günə sürətlənən və inkişaf edən müasir dünya düzəni təəssüf ki, iqtisadi böhran, ətraf mühitin çirklənməsi, əhalinin planlaşdırılması kimi mühüm problemləri ortaya çıxarır.


Bütün bu problemlər arasında gözdən qaçan, lakin bəşəriyyətin davamı üçün kritik məsələ əhalinin artımıdır.

 

Çin, Hindistan və ABŞ kimi sıx məskunlaşan ölkələrdə doğum nisbətinin azalmasının təsirlərinin yaxın illərdə dünyaya təsir edəcəyi proqnozlaşdırılır.
Dünya Bankının məlumatları 1970-ci illərdən bəri doğum nisbətinin ciddi şəkildə azaldığını göstərir.


2021-ci ildə doğum nisbətinin ən yüksək olduğu ölkələr arasında Niger, Anqola və Uqanda kimi Afrika ölkələri qadın başına 5,60 doğum nisbəti ilə birinci yerdədir.


Aşağı doğum nisbətinin ən çox müşahidə edildiyi ölkələr isə inkişaf etmiş ölkələrdir. Yüksək ev kirayələri, insanların gözləntilərinə cavab verməyən analıq müavinətləri, evli cütlüklərin iş həyatına üstünlük vermələri və təbii ki, uzun iş saatları da bu problemin yaranmasının mühüm səbəblərindəndir.


Mütəxəssislər isə doğum səviyyəsinin aşağı düşməsinin iqtisadi və sosial səbəblərindən başqa, əsl təhlükənin bioloji səbəblər olduğunu deyirlər.


Məşhur uroloq və ictimai səhiyyə professoru Doktor Shanna Swan, "Count Down" adlı son kitabında kişilərin cinsi sağlamlığı, sperma keyfiyyəti və sayı ilə bağlı araşdırmaların təəccüblü nəticələrini paylaşıb.


1973-2011-ci illər arasında aparılan araşdırmalar, Qərb kişilərində sperma sayının təxminən 40 il ərzində tam 59% azaldığını ortaya qoyur.


Daha da narahatedici məqam odur ki, bu azalma yaxın illərdə də eyni sürətlə davam edərsə, inkişaf etmiş ölkələrdə əhalinin yaşaması risk altında olacaq və təbii yolla uşaq sahibi olmaq demək olar ki, qeyri-mümkün olacaq.


Kişilərin cinsi sağlamlığına və sperma sayına təsir edən ən böyük səbəblər arasında plastiki yumşaltmaq üçün istifadə edilən maddələr var.


Fast food istehsalı səbəbiylə tez-tez istifadə edilən bu maddələr kişilərdə testosteronu, qadınlarda isə libidonu azaldaraq yumurtalıqların vaxtından əvvəl çatışmazlığına və aşağı düşməsinə səbəb olur.
 

Bəs bu vəziyyətlə bağlı nə etmək olar?

 

İlk növbədə kimya və qida sənayesi BPA adlı zərərli maddələrdən istifadə etməməli, doğuş planlaşdıran cütlüklər imkan daxilində evlərində işlənməmiş və təbii qidalar almalıdırlar.


Swana görə, yemək hazırlayarkən teflon materiallardan istifadə edilməməli və plastik məhsullar heç vaxt mikrodalğalı sobaya atılmamalıdır. Şəxsi qulluq və məişət təmizlik vasitələrində mümkün qədər qoxusuz məhsullardan istifadə edilməlidir.


Bununla belə, ümidimizi itirməməliyik. İşin çox hissəsi sənaye sektoruna düşsə də, insanlar daha diqqətli istehlak etdikcə bu tendensiya dəyişə bilər.

 

Aysel

Sfera.az

 


 


OXŞAR XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: Bu tarixdə günəş tutulması olacaq

Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək.   Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Sfera.az-a ver...

"ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir" - Ərdoğan

ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir.   Sfera.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ameri...

Bu təhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...