91 yaşında vəfat etdi, beynini 500 illik dondurdu

91 yaşında vəfat etdi, beynini 500 illik dondurdu

ABŞ-da 91 yaşında dünyasını dəyişən çinli filosofun beyninin dondurulması elm aləmində yeni müzakirələrə səbəb olub.


Sfera.az filosofun düşüncələri və beynini niyə dondurduğu haqqında məlumat verir.


Elmi fantastika filmlərində insanın bədəninin donub əsrlər sonra oyandığı ssenariləri hamımız maraqla izləmişik. Eynilə, elm aləmində də oxşar xəbərlərlə tez-tez rastlaşırıq. Ölən insanların cəsədləri dondurulur və onların gələcək texnoloji inkişaflar sayəsində dirildilə biləcəyi iddia edilir.
 

Mərhumun bədən hissələrini uzun illər qorumaq mümkün olmasa da, elmi nailiyyətlər nəzərə alınmaqla bu mövzuda araşdırmalar davam edir. Həmin araşdırmalardan birinin mövzusu ABŞ-da yaşamış və 2021-ci ildə vəfat edən Çinli akademikdir.

 

 

Çinin ən önəmli filosoflarından olan Li Zehou 3 il əvvəl 91 yaşında vəfat edib. Ölümündən sonra onun bir şirkət vasitəsilə beynini dondurduğu və 500 ildən sonra əridilməsini istədiyi üzə çıxıb.
 

Çin mətbuatında yer alan xəbərlərə görə, Li Zehou müxalif fikirlərinə görə Çini tərk edib və ABŞ-da sürgün həyatı yaşayıb. Görkəmli filosof bütün həyatı boyu milli mədəniyyətin beyinə təsirini tədqiq etmişdi.


 

O, həmçinin Çin və Qərb fəlsəfəsini birləşdirən tədqiqatlar aparmışdı və beynin müxtəlif düşüncə tərzinin mədəni fərqliliklərə səbəb olduğuna inanırdı.

Görünür, Li Zehou ölümünün bu araşdırmaların mövzusu olmasını istəyirdi. Çinli akademik beynini dondurmaq üçün Arizonadakı “Alcor Life Extension Foundation”a 80 min dollar ödəyib. Bu yolla o, gələcək texnologiyanın beynin sirlərini açacağını inanırdı. Bəs görəsən, bir beyin heç bir müdaxilə olmadan 500 il qala biləcəkmi? Maraqlıdır…


Aynil
 


OXŞAR XƏBƏRLƏR