"İşsiz qalanda səni işə götürdüm" - Zaurdan Vüsaləyə sərt sözlər

Aparıcılar Vüsalə Əlizadə ilə Zaur Nəbioğlu arasında qalmaqal yaşanıb. 

 

Buna səbəb Vüsalənin proqramına dəvət etdiyi qonaqlarına "Bizdə danışmırsınız, gedib orada danışırsınız" sözlərini söyləməsi olub.

 

Zaur aparıcısı olduğu verilişdə Vüsalənin ünvanına sərt sözlər deyib:

 

"Verilişinizin 4 buraxılışını mənə və aparıcısı olduğum "Rəngarəng səhər" proqramına həsr etmisiniz. Mənim heç kimlə şəxsi problemim yoxdur. Səhər verilişləri içində reytinqdə rekordları qırdığımız və sizin gəlib o rekorda çata bilmədiyiniz üçün bizi öz verilişinizdə mövzu edirsiniz. Çox qəribədir, deyir ki, bizdə danışmayan məşhurlar gedirlər onların verilişində hər şeyi danışırlar. Bu, sirr deyil, sadəcə peşəkar jurnalist olmaq lazımdır. Mənim heç kimin işində, reytinqində, gündəmində gözüm yoxdur. O qədər ağlımda mövzularım var ki, istədiyiniz qədər sizə yardımçı ola bilərəm".

 

Zaur bildirib ki, illər əvvəl Vüsalə ilə eyni verilişdə çalışıblar: 

 

"Necə ki, siz illər əvvəl işsiz qalanda mən sizi işə götürmüşdüm, verilişimdə çalışırdınız, bu gün isə gündəlik proqram aparırsınız, bunu da alqışlayıram və sevinirəm. Çünki mən efirdə olmadığım zaman siz efirdə aparıcılıq edirdiniz. Sadəcə, bu həyatdır da, siz işsiz qaldınız və gəlib mənim verilişimdə redaktor işlədiniz. Bu da çox normaldır, çünki mən də kimlərinsə verilişində redaktor işləmişəm".//Axşam.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...