Maykl Ceksonun qardaşı oğlu əmisinin obrazını canlandırdı - FOTO

Maykl Ceksonun qardaşı oğlu əmisinin obrazını canlandırdı - FOTO

Pop ulduzu Maykl Ceksonun qardaşı oğlu Cəfər Cekson sanki əmisinin reinkarnasiyasıdır. Bunu Antuan Fukuanın “Maykl” filmindəki kadrlarda görmək olar.

 

Sfera.az xəbər verir ki, Pop Kralı haqqında çoxdan gözlənilən film 18 aprel 2025-ci ildə kinoteatrlarda nümayiş olunacaq.


"Cəfərin hər görünüşü, hər notu, hər rəqs hərəkəti sanki Maykldır. O, Mayklı heç bir aktyorun edə bilməyəcəyi şəkildə təcəssüm etdirir"- deyə “Oskar” mükafatlı prodüser Qrem Kinq qeyd edib.


Fotoda Cəfər Ceksonun 1995-ci ildə 12-ci İllik MTV Video Musiqi Mükafatlarında çıxışı zamanı geyindiyi kombindən istifadə edib.


Fevralın 13-də İnstaqramda paylaşdığı fotoda 27 yaşlı Cəfər pop kralına bənzərliyi ilə pərəstişkarlarını heyrətə gətirib. O, V-yaxalı gödəkçə, ağ düyməli köynək və qara şalvar geyinməklə Cekson obrazı yaradıb. Saçları Maykla xas olan alçaq at quyruğu yığılıb.


58 yaşlı kinorejissor və prodüser Antuan Fukuanın dediyinə görə, filmdə işləyənlərin çoxu Ceksonla birlikdə çalışanlar olub.
 

"Biz bu layihə üçün məşhur komanda topladıq - saç və makiyaj, kostyumlar, operatorluq, xoreoqrafiya, işıqlandırma, hər şey -Mayklı tanıyan və onunla işləyən bütün insanlar bu film üçün yenidən birləşdi. Amma ən əsası, Cəfərin Mayklı canlandırmasıdır. Bu, fiziki oxşarlıqdan da çox şey deməkdir. Sanki sehrli şəkildə özünü büruzə verən Mayklın ruhudur”-deyə Fuqua qeyd edib.


Filmdə həmçinin Mayklın atası Co Cekson rolunda Colman Dominqo, anası Ketrin Cekson rolunda Nia Lonq və müğənninin uzun müddət meneceri olmuş Con Branka rolunda Miles Teller çəkilib.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Butəhsil müəssisələrinə 24 mindən çox tələbə QƏBUL OLDU

29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa...

Bu baş nazirin adı Baydenin qəbul siyahısından çıxarıldı - FOTO

ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından ç...

Nişan üzüyü niyə sol əlin adsız barmağına taxılır? - Maraqlı araşdırma

Hər kəsin həyatında özəl günlər xüsusi yer tutur. Onlardan biri də nişandır. Nişan üzüyünün isə sol əlin adsız barmağına taxıldığı hamıya məlumdur. Amma ço...

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – AYGÜN KAZIMOVA TARİXİ AÇIQLADI

Azərbaycan estradasının əsas ulduzu, Xalq artisti Aygün Kazımova “Kontakt” mənzil uduşlu “Şeş-Qoşa” kampaniyasının final mərhələsində çı...

Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və...

Avropa Liqasının ilk turuna START VERİLDİ

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna start verilir.    Sfera.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçir...