Temperaturda sərt eniş, bu tarixdə Bakıya qar yağacaq

Temperaturda sərt eniş, bu tarixdə Bakıya qar yağacaq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20 m/s, 15-i axşam və 16-sı gecə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Fevralın 16-17-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 16-sı səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, 17-də isə ayrı-ayrı yerlərdə qısamüddətli sulu qar və qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.

 

Azərbaycanın rayonlarında fevralın 18-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 15-də gündüz əksər rayonlarda yağıntıda qısamüddətli fasilə olacaq.

 

Şərq küləyi fevralın 16-17-də arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.


OXŞAR XƏBƏRLƏR

MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş- FOTOLAR

6 may tarixində Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair ...

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

Mayın 6-da Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siy...

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxa...

Bu tarixdə mövsüm finalı edəcək

"Mehmet Fetihler sultanı" serialı mövsüm finalına hazırlaşır.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran ...

Leyla və Arzu Əliyevalar Şahzadə ilə sərgidə -FOTOLAR

Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.   Sfe...

Putin və Netanyahu arasında telefon danışığı baş tutdu

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu Böyük Vətən müharibəsində Qələbənin 80 illik yubileyi münasibətilə təbrik mübadiləsi ...