Türkiyədə mədəndə baş verən torpaq sürüşməsi ilə bağlı yeddi nəfər saxlanıldı

Türkiyədə mədəndə baş verən torpaq sürüşməsi ilə bağlı yeddi nəfər saxlanıldı

Ötən gün Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədənindəki torpaq sürüşməsilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı yeddiyə yüksəlib.

 

Sfera.az-ın Məlumata görə, hadisə ilə bağlı başladılan araşdırmalar davam edir.

 

Həmçinin, torpaq altında qalan doqquz nəfərin xilasedilməsi üçün səylər göstərilir.

 

İnsident zamanı onlardan beşinin konteyner, dördünün isə avtomobilin içərisində olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR