“Lada” avtomobilləri Azərbaycanda yığıla bilər

İqtisadiyyat
21:10 / 14.02.2024
7951
Rusiyanın “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasını təşkil etmək üçün danışıqlar aparır.
Sfera.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov Moskvada keçirilən “Rossiya” forum-sərgisi çərçivəsində jurnalistlərə bildirib.
“Biz belə danışıqlar aparırıq və hazırda “AvtoVAZ” nümayəndə heyəti Azərbaycandadır. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda Azərbaycandan müsbət xəbərlər olacaq”, - deyə Sokolov bildirib.
Qeyd edək ki, hələ yanvarda təşkil olunan “AvtoVAZ”ın təqdimatında qeyd olunub ki, şirkət Azərbaycanda iri aqreqatların yığılması üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.