Məşhur “Brilliyant əl” filminin ulduzu vəfat etdi

Məşhur “Brilliyant əl” filminin ulduzu vəfat etdi

“Brilliyant əl” kult filminin ulduzu Viktoriya Ostrovskaya vəfat edib. Aktrisa epizodik rolda oynasa da, tamaşaçıların yaddaşında qalıb və onun "ay-lyu-lyu" ifadəsi məşhurlaşıb.
 

Sfera.az bildirir ki, aktrisanın 85 yaşı var idi.


Viktoriya Ostrovskaya 1938-ci ildə Kiyevdə anadan olub. Valideynləri haqqında çox az şey məlumdur: atası repressiya qurbanı olub. Daha sonra anası Kiyev Sirkinin direktoru David Volski ilə evlənib.
 

O, balerina olmaq istəyib, lakin ağır kəllə-beyin travması alması bu istəyinin üzərindən xətt çəkib. Viktoriya İ.Karpenko-Kary adına Kiyev Dövlət Teatr Sənəti İnstitutunu bitirib.
 

Sonralar Moskvaya gedən aktrisa, avtobazada dispetçer işləyib. Məhz burada onu Leonid Qaydayın köməkçisi görüb və “Brilliyant əl” filminə seçib.


“Brilliyant əl”dən sonra Viktoriya yalnız bir filmdə – “Köhnə tanışlıq”da oynayıb, bununla da onun kino karyerası başa çatıb.


O, 40 ildən çox işlədiyi Rusiya Dövlət Kitabxanasında işə düzəlib. Aktrisanın iki evlilikdən bir oğlu var.

 

Aynil

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR