Ermənistan ordusunda YENİ TƏYİNATLAR 

Ermənistan ordusunda YENİ TƏYİNATLAR 

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Artur Yeroyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edib.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

“Baş nazirin təklifi əsasında Artur Yeroyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilsin və o, Vazgen Sarkisyan adına Hərbi Universitetin rəhbəri vəzifəsindən azad edilsin”, - prezidentin bəyanatında deyilir. Prezidentin digər sərəncamı ilə general-mayor Artak Budaqyan Ermənistan-Rusiya qoşun qruplaşmasının komandanı təyin edilib.

 

Xatırladaq ki, fevralın əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Ermənistan-SSRİ sərhədləri daxilində öz ərazisini müdafiə etmək üçün ölkədə döyüşə hazır ordunun yaradılmasının vacibliyini bəyan edib. Bundan əvvəl Ermənistanın beynəlxalq təcrübəni, o cümlədən İsveçrə modelini nəzərə alaraq orduda islahatlar apardığı bildirilirdi.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR