Sevgililər günündə baxa biləcəyiniz 7 məşhur film - SİYAHI
14 fevral Sevgililər günündə partnyorunuzla tək başına romantik bir axşam keçirərkən "Hansı filmə baxaq?" deyə qərarsız ola bilərsiniz.
Sfera.az Sevgililər günündə baxa biləcəyiniz ikonik filmləri təqdim edir.
"Titanik"
Baş rollarda Leonardo Di Kaprio və Keyt Uinsletin olduğu "Titanik" filmi eyniadlı gəminin ilk səyahəti zamanı bir-birlərinə aşiq fərqli sosial təbəqələrdən olan iki gəncin hekayəsindən bəhs edir.
"Annie Hall"
Vudi Allenin rejissorluğu ilə çəkilən "Annie Hall" Nyu-Yorklu komediya ustası Alvi Singerin müğənni Enni Holl ilə münasibətindən bəhs edir.
"La La Land"
Rejissoru Damien Chazelle olan film Los-Anceles küçələrində nəqliyyatın sıx olduğu bir gündə yolları kəsişən iki sənətsevər Sebastian və Mianın hekayəsindən bəhs edir.
"500 days of summer"
Film sevgiyə inanmayan Summer və ona dəlicəsinə aşiq olan Tomun hekayəsindən bəhs edir.
"The Note Book"
Baş rollarda Rahcel MakAdams və Ryan Qoslinqin çəkildiyi film heç bir maneə tanımayan bir sevgi hekayəsindən bəhs edir.
"Love Actually"
Emma Thompson, Alan Rikman, Andre Linkoln, Liam Neeson kimi məşhur adları bir araya gətirən filmdə fərqli hekayələr diqqət mərkəzindədir.
"Ghost"
Baş rollarda Patrick Svayze və Demi Murun çəkildiyi film Semin quldurluqda öldürülməsi ilə bir-birindən ayrılan Sem və Molli adlı aşiq cütlüyün hekayəsindən bəhs edir.
Fidan