Meral Akşener göz yaşlarına hakim ola bilmədi - FOTO

Meral Akşener göz yaşlarına hakim ola bilmədi - FOTO

İYİ Partiya üzvlərinə müraciət edən Meral Akşener kürsüdə göz yaşlarını saxlaya bilməyib.

 


Sfera.az xəbər verir ki, İYİ Partiyasının sədri Meral Akşener partiyasının qrup toplantısında gündəmlə bağlı açıqlamalar verib. Akşener çıxışının son hissəsində Ərzincanda qızıl mədənində baş verən sürüşməyə toxunub və telefonunda Aytekin Ataşın oxuduğu “Var Git Ölüm” mahnısını səsləndirib. Partiya sədri həmin an göz yaşlarına hakim ola bilməyib.

 

Qeyd edək ki, ötən gün saat 15:30 radələrində Ərzincanın İliç rayonunda qızıl mədənində torpaq sürüşməsi baş verib. Həmin andan etibarən mədəndə çalışan 9 işçidən xəbər yoxdur. Hazırda bölgədə işçilərin axtarış-xilasetmə işlərinə yüzlərlə şəxsi heyət cəlb olunub.

 

Əzizə


 


OXŞAR XƏBƏRLƏR