"Donald Tramp yenidən prezident seçilsə..." - Kürəkəni AÇIQLADI

ABŞ-nin sabiq prezidenti Donald Trampın keçmiş müşaviri və kürəkəni Cared Kuşner qayınatasının potensial ikinci administrasiyası dövründə Ağ Evə qayıtmayacaq.
Sfera.az xəbər verir ki, bu barədə o, "Axios"a müsahibəsində bildirib.
Kuşner qeyd edib ki, Tramp noyabrda yenidən seçilsə belə, Mayamidəki öz investisiya firması "Affinity Partners"də işləməyə davam edəcək.
Eyni zamanda, İvanka Trampın əri qayınatasının Ağ Evə qayıtması barədə də danışıb: “Həyatımda heç nə planlaşdırdığım ssenari üzrə getmir. Güman edirəm ki, o, (Tramp) yenidən vəzifəyə gəlsə, son administrasiya dövründəkindən daha yüksək səviyyəli peşəkarlıq göstərəcək".
Əvvəllər keçmiş prezidentin qohumları Kuşneri FTB-nin “köstəbəyi” adlandırıb və onu Trampın məxfi sənədləri ilə bağlı məlumatları açıqlamaqda ittiham ediblər.
Əzizə