Lavrovdan ATƏT-lə bağlı AÇIQLAMA: “Həllini tapmayıb, hələ də..”

“Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxması məsələsi hələ də həllini tapmayıb”.
Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Larvov deyib.
“Rusiyanın ATƏT-dən çıxması məsələsi hələ müzakirə olunmayıb. Bu məsələ “havada asılı vəziyyət qalıb”” – Lavrov bildirib.
O qeyd edib ki, Qərb ölkələrinin Rusiya nümayəndə heyətini ATƏT PA-da söz hüququndan məhrum etmək cəhdləri hiddətə səbəb olur. Qurum rəsmisi həmçinin, sözügedən təşkilatın fəaliyyətinin getdikcə pisləşdiyinə əminliyini ifadə edib.
Rusiya Xarici İşlər Nazirliyinin Pan-Avropa Əməkdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets isə bildirib ki, Rusiya Federasiyası ATƏT-də mövcudluğunu saxlamalıdır. O vurğulayıb ki, platformanı rəqiblərə verməmək lazımdır.
Günay